RU
Bayden avropalı siyasətçilərlə Ukraynadakı vəziyyəti müzakirə edəcək
23:23
674

Bayden avropalı siyasətçilərlə Ukraynadakı vəziyyəti müzakirə edəcək

ABŞ Prezidenti Co Bayden videokonfransda Avropa liderləri ilə Ukrayna ətrafında yaranmış vəziyyəti müzakirə edəcək.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, dövlət başçısı xüsusi mühafizə olunan rabitə kanalları vasitəsi ilə avropalı siyasətçilərlə müzakirə aparacaq. Videozəngdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Avropa Şurasının sədri Şarl Mişel və digər Avropa liderlərinin iştirakı gözlənilir. Görüş mətbuata qapalı olacaq.

Videokonfrans yanvarın 25-də Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ