RU
Bayden: “Bu yolla Putinə daha böyük zərbə vuracağıq”
15:40
586

Bayden: “Bu yolla Putinə daha böyük zərbə vuracağıq”

Rusiyanın Ukraynaya təcavüzü davam etdikcə ABŞ Moskvaya qarı sanksiyalarının əhatə dairəsini genişləndirəcək.

ABŞ-in yeni sanksiyaları Rusiya iqtisadiyyatını çökdürəcək.

7NEWS.Az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden ölkəsinin Rusiyaya yeni sanksiyaları ilə bağlı açıqlama verərkən deyib.

 Baydenin sözlərinə görə, sanksiyalar tətbiq etməklə Rusiya iqtisadiyyatına ciddi zərbə vurmuş olacağıq. "Biz Rusiyadan artıq  dəniz məhsulları, araq və almaz məhsullarının idxalını əngəlləyəcəyik. BVF və Dünya Bankı ilə birlikdə addımlar atacağıq”- o deyib.

O əlavə edib ki, bu addımlarla biz Putinə daha böyük zərbə vurmuş olacağıq: "Müttəfiqlərimizlə birlikdə bir səs kimi irəliləyirik. Rublun dəyəri 50 faiz azalıb, 240 rubl 1 dollara bərabərdir. İqtisadiyyatın çökməməsi üçün Moskva birjası 2 həftə bağlı qaldı. Ölkənin kredit reytinqi heçə enib, bir "zibil” status daşıyır. Ölkəni tərk edən şirkətlərin sayı hər gün artır”.

 Bununla belə o qeyd edib ki. Ukraynaya hər cür dəstək verilir: "Biz əlavə yardım olaraq 170 milyon dollar göndəririk. Digər ölkələrlə birlikdə 100 milyon dollar yardım öhdəliyi götürürük. Bundan əlavə olaraq biz Ukraynaya 13,6 milyard dollarlıq yardım paketi göndərəcəyik. Eyni zamanda, biz Ukrayna xalqına özünü müdafiə etməyə kömək edirik. Ölkəni tərk edən ukraynalı qaçqınlara qucaq açırıq”.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ