RU
Bayden Əfqanıstan Mərkəzi Bankının ABŞ-dakı aktivlərini bloklayan fərman imzalayıb
22:30
722

Bayden Əfqanıstan Mərkəzi Bankının ABŞ-dakı aktivlərini bloklayan fərman imzalayıb

Prezident Co Bayden Əfqanıstan Mərkəzi Bankının ABŞ-dakı 7 milyard dollarlıq aktivlərini bloklayan fərman imzalayıb.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə Ağ Evin rəsmi saytında məlumat verilib.
Fərmana əsasən, Əfqanıstana humanitar yardımı maliyyələşdirmək və 11 sentyabr 2001-ci il terror aktlarının qurbanlarının yaxınlarının məhkəmə işlərinin xərclərini ödəmək üçün Əfqanıstan Mərkəzi Bankının ABŞ bank sistemində dondurulmuş aktivlərinin 7 milyard dolları Nyu York Federal Ehtiyat Bankına köçürüləcək.

Fərman ABŞ maliyyə institutlarından Əfqanıstana yardım və əsas ehtiyaclar üçün 3,5 milyard dollarlıq aktivlərə çıxışı asanlaşdırmağı tələb edir. Əfqanıstan Mərkəzi Bankının aktivlərindəki 3,5 milyard dollardan çox vəsait ABŞ-da qalacaq və ABŞ-dakı terror qurbanlarının yaxınları tərəfindən davam edən məhkəmə işlərində istifadə olunacaq. Məhkəmədə iddiaçıların ərizələrinə baxılması üçün tam imkan yaradılacaq.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ