"ABŞ Prezidenti Co Bayden və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub”.
7NEWS.Az xəbər verir ki, bu barədə Prezident Zelenski "Twitter”də bildirib.
"ABŞ Prezidenti Co Baydenlə bir saatlıq söhbəti indicə bitirdim. Döyüş meydanında və danışıqlar masasında vəziyyətin ortaq qiymətləndirilməsini etdik. Xüsusi müdafiə dəstəyi, gücləndirilmiş sanksiyaların yeni paketi, makromaliyyə və humanitar yardımlar haqqında müzakirə apardıq”,- deyə Zelenski qeyd edib.
18.53
7NEWS.Az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, bu gün ABŞ vaxtı ilə 14:45-də iki ölkənin liderləri arasında telefon danışığı baş tutacaq.
Tərəflər ABŞ-ın Ukraynaya dəstəyini müzakirə edəcək.
7NEWS.Az








