Özünü xəstəliyə vurub, dükandakı pulqabını oğurladı. Kanadada baş verən oğurluq hadisəsi ölkədə ciddi rezonans yaradıb.
Aktyorluq qabiliyyəti ilə diqqət çəkən qadın haqqında cinayət işi qaldırılıb.
Vinnipeq şəhərindəki ticarət obyektlərindən birinə daxil olan qadın içəri addım atar-atmaz əsməyə başlayır, guya ürəyi gedir və yerə yıxılır. Təbii ki, dükandakı müştəri və satıcı bu qadının köməyinə qaçır. Satıcı Andres Hernandes çətinliklə özünə gələn qadına su gətirmək üçün arxa otağa keçir. Bu vaxt oğru heç kimin onu görmədiyindən əmin olub piştaxtanın üzərində xeyriyyə məqsədi ilə qoyulmş pulqabını oğurlayıb. Satıcı geri dönəndə nə qadını, nə də pulqabını görüb.
Sonradan həmin pulqabı ticarət obyektinin yaxınlığında içi boş halda tapılıb, qadının axtarışı isə davam edir. Dükan sahibinin sözlərinə görə, xeyriyyə məqsədi ilə qoyulmuş metal qabın içində o qədər də çox pul olmayıb. Hernandes deyir ki, özünü xəstə kimi aparan qadın nəyəsə ehtiyacı olduğunu desəydi, ona kömək etmək üçün əlindən gələni edərdi./atv
7news.az








