Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında ən böyük müdafiə və aerokosmik ixrac müqaviləsinin ardından "Baykar", ASELSAN və Roketsan, PUA İstehsalının Yerliləşdirilməsi Layihəsi çərçivəsində Səudiyyə Ərəbistanındakı şirkətlərlə yeni müqavilələr imzaladı.
7NEWS.az xəbər verir ki, "Baykar" bu yaxınlarda Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ilə Bayraktar AKINCI Hücum Pilotsuz Uçuş Aparatının (TİHA) ixracı və əməkdaşlığı üçün müqavilə imzalayıb. Bu imza Türkiyə Cümhuriyyəti tarixində ən böyük müdafiə və aerokosmik ixrac müqaviləsi kimi qeydə alınıb.
Bayraktar AKINCI müqaviləsi ilə Türk müdafiə sənayesi şirkətləri üçün Səudiyyə Ərəbistanına bir çox ixracat açıldı.
7NEWS.az








