RU
Bayram namazının vaxtı məlum OLDU
14:10
22

Bayram namazının vaxtı məlum OLDU

Azərbaycanın məscidlərində Ramazan bayramı namazının qılınmasının vaxtı açıqlanıb.

Martın 20-də saat 8:00-da Bakıda Əjdərbəy məscidində ilk bayram namazı qılınacaq.

Təzəpir məscidində isə bayram namazı saat 09:00-da qılınacaq.

Bayram namazının Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınacağı gözlənilir.

Qeyd edək ki, QMİ Qazılar Şurasının bu gün yaydığı fətvada qeyd olunub ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatı Ramazan ayının son günü - bayram axşamı şam namazından sonra çıxarılmalıdır. Fitrə zəkatının adambaşına 10-15 manat verilməsi tövsiyə olunur.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ