RU
Bayramda rayona getmək istəyənlərin diqqətinə
14:52
730

Bayramda rayona getmək istəyənlərin diqqətinə

Qurban bayramı ilə əlaqədar şəhərlərarası marşrutlara 200-dən çox əlavə avtobus buraxılacaq.

Bu haqda informasiyanı Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev deyib. O, qeyd edib ki, paytaxtdan bölgələrə sərnişin axının artması nəzərə alınaraq “M-Trans” MMC-nin rəhbərliyi tərəfindən tədbirlər planı hazırlanıb. Sərnişinlərin rahatlığını təmin etmək üçün ehtiyat nəqliyyat vasitələri ayrılıb.

 

“Adi günlərdə 350-400 avtobusla 8-9 min sərnişin daşınırdı. Bayramla əlaqədar sərnişinlərin sayının 15 mindən çox olacağı gözlənilir ki, bu da gün ərzində bölgələrə 650-dək avtobusun yola salınmasını tələb edir”.

M.Abdullayev bildirib ki, təyin olunmuş qrafiklər üzrə bilet satışı 10 gün əvvəlcədən həyata keçiriləcək. Sərnişinlər, həmçinin internet vasitəsilə də bilet ala bilərlər. “Qiymət intizamına 8 nəfərdən ibarət komissiya nəzarət edəcək. Sərnişinlərə tövsiyə olunur ki, biletlərin qiymətinin qanunsuz artırılması halları ilə qarşılaşarlarsa, dispetçer məntəqəsinə müraciət etsinlər”, - deyə növbə rəisi bildirib.

 

Eyni zamanda “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi müqəddəs Qurban bayramı günlərində gucləndirilmiş iş rejimində işləyəcək. Bu barədə AzVision.az- a danışan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin xidmət rəisi Nadir Əzməmmədov bildirib ki, Qurban bayramı ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına əlavə vaqonların qoşulması nəzərdə tutulur.

 

Əlavə vaqonların sayı sərnişin axını ilə tənzimlənəcək və yerli istiqamətdə hərəkət edən bütün qatarlara qoşulacaq./azvision

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ