Bərdədə qadını maşınla vuran sürücü hadisə yerindən qaçıb.
Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Polis İdarəsindən verilən məlumata görə, hadisə Qazqurdalı kəndində qeydə alınıb. Şəhərin Zöhrabbəyov küçəsi 5 ünvanında yaşayan 1955-ci il təvəllüdlü Sona Əli qızı Hüseynova qohumları ilə bayramlaşmağa gedərkən naməlum avtomobil tərəfindən vurulub. 61 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Hadisəni törədən naməlum sürücü isə ərazidən uzaqlaşıb. Hazırda onun tutulması istiqamətində araşdırmalar aparılır.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır./anspress.com
7News.az








