"Azərbaycan və Rusiya arasında münasibətlər qarşılıqlı fayda kəsb edən əməkdaşlıq nümunəsidir”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında bildirib.
O, bu münasibətlərin uzun tarixə malik olduğunu və indiyədək ölkələr arasında 200-dək müqavilə və sazişin imzalandığını vurğulayıb.








