Yeməyi daha da dadlı etmək üçün istifadə edilən, toz halında satılan bulyon Sumqayıtda iki körpə uşağı zəhərləyib.
Adının açıqlanmasını istəməyən Sumqayıt sakini bu barədə Cebhe.info-ya məlumat verib. Onun sözlərinə görə, hadisə dünən axşam saatlarında Sumqayıtda baş verib. İki körpə uşaq bulyondan hazırlanmış yeməkdən zəhərlənib. Uşaqların anası qeyd edib ki, uşaqların qidalarını analiz edərək zəhərlənmənin səbəbini tapıblar. Səbəb isə bulyonların istifadə müddətinin başa çatmasına baxmayaraq, satışa çıxarılması olub. Təcili tibbi yardım nəticəsində uşaqların mədələri yuyulub və zəhərlənmənin fəsadları aradan qaldırılıb. Valideyinin bildirdiyinə görə, bulyon Sumqayıt şəhərində yerləşən "Bazar Store” ticarət mərkəzindən alınıb.









