RU
12:40
1434

"Bazarı bağlanan" USAID və əl-ayağa düşən tör-töküntüləri

"ABŞ prezidenti Donald Tramp Amerika maliyyəsi ilə fəaliyyət göstərən USAID-ı (oxu: ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi) fırıldaqçılıqda, maliyyə israfçılığı, korrupsiya və digər ölkələrin daxili işlərinə qarışıb, iğtişaşlar törətməkdə ittiham etdi."
Bu sözləri 7news.az-a açıqlamasında araşdırmaçı jurnalist Azər Niftiyev deyib: "Amerika boyda dövlətə rəhbərlik edən Tramp fərqindədir ki, USAİD və bu qəbildən olan təsisatlar Amerikaya yönəlmiş aqressiyanı artırır. Ölkəsinin "qan gölü"nə, uçuruma yuvarlandığını görən dövlətlər şübhəsiz ki, Amerika  ilə müttəfiqliyə isti yanaşmırlar.
Yoxsulluğa qarşı mübarizə, insan hüquqları, bəşəri dəyərlər və humanitar yardımlar adı ilə pərdələnmiş bu qurum bu günə qədər onlarla ölkədə "inqilablar" həyata keçirib, əxlaqsızlığı, mənəviyyatsızlığı təbliğ edib və bu məqsədlə milyardlarla ABŞ dolları vəsait sərf edib. Gürcüstanın Baş naziri İ.Kobaxidzenin də söylədiyi kimi, USAID təkcə Gürcüstanda "məxməri inqilablar"a olduqca iri məbləğdə maliyyə ayırıb.
USAID Azərbaycanda da çox ciddi təsir şəbəkəsinə malik olub və daxili sabitliyi sarsıtmaq, konstusion quruluşu dəyişmək və digər məkrli məqsədlər üçün onlarla QHT və media subyektini maliyyəşdirib. Bu şəbəkə 44 günlük vətən müharibəsində dövlətimiz əleyhinə aşkar fəaliyyət göstərərək, suverenliyimiz və ərazi büyövlüyümüzə qarşı çağırışlar edib. Bu o dövrdə baş verib ki, Azərbaycanımızın igid övladları torpaqlarımızın azad edilməsi naminə öz canından keçir, Azərbaycan xalqı hamılıqla Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək, əsl həmrəylik nümayiş etdirirdilər.
USAID və bu qəbildən olan təxribatçı təşkilatlara və Azərbaycandakı emissarlarına qarşı aktiv mübarizə aparanlara yönəlik qarayaxma kampaniyaları təşkil edilib. Məlumdur ki, Azərbaycanın qəti mövqeyi və iradəsi olmasaydı, USAID kimi "qurumlar" ölkəmizi xaosa və məhvə sürükləyər, əxlaqsızlığın yayılması, mənəvi dəyərlərin aşılanması kimi mənfur niyyətini həyata keçirməyə nail olardılar. 
USAID-ın Azərbaycanda fəaliyyəti dayandırıldı. Bu, Azərbaycanı və bütövlükdə Cənubi Qafqazı rupor rolunda görmək istəyənlərə layiqli bir cavab oldu. Ölkəmizi nəzarətinə almaq istəyən "təsisatlar" "it kimi qovuldular" və cəhənnəmə vasil oldular.  
Növbə isə onların tör-töküntülərindədir və şübhəsiz  onlar da layiq olduğu, haqq etdiyi cəzanı alacaqlar."

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ