RU
BDU-nun professoru vəfat edib
11:08
502

BDU-nun professoru vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) professoru vəfat edib. 

7News.az xəbər verir ki, universitetin Üzvi kimya kafedrasının professoru Mirzə Allahverdiyev 70 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, M.Allahverdiyev 15 sentyabr 1947-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Güllübulaq kəndində anadan olub. 1965-ci ildə həmin kəndin onbirillik məktəbini qızıl medalla bitirib və BDU-ya daxil olub. 1970-ci ildə BDU-nu fərqlənmə diplomu ilə başa vurub.
2005-ci ildə təqdim olunan nəticələrinə görə BDU üzrə "İlin alimi" fəxri adı ilə təltif edilib. 2007-ci ildə biblioqrafik göstəricilərinə görə ABŞ-da dərc olunan "Dünyada kim kimdir" kitabına daxil edilib. 2007-ci ildə 60-illik yubileyi ilə əlaqədar Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" medalı, 2009-cu ildə BDU-nun 90 illiyi ilə əlaqədar "Tərəqqi" medalı ilə təltif olunub.//report
Allah rəhmət eləsin!

 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ