Aprelin 12-də Rusiya Federasiyasının paytaxtında - M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Avropa və Asiyanın 11 ölkəsini əhatə edən Avrasiya Universitetlər Assosiasiyası (AUA) Şurasının genişləndirilmiş iclası keçirilib.
İclasda Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin, dövlət rəsmiləri və Assosiasiyaya üzv universitetlərin rektorları iştirak edib.
İclasda Azərbaycanı Bakı Dövlət Universitetinin rektoru, Assosiasiyanın vitse-prezidenti, akademik Abel Məhərrəmov təmsil edib. Plenar iclasda çıxış edən Abel Məhərrəmov Assosiasiyanın ilk üzvlərindən olan Bakı Dövlət Universiteti tərəfindən əməkdaşlığın yeni formalarının yaradılması, qorunması və möhkəmləndirilməsi istiqamətində cari dövrdə görülən işlərdən söz açıb.
Şuranın iclasında Avrasiya Universitetlər Assosiasiyası XIII Qurultayının qərarına əsasən AUA-nın fəaliyyətinin perspektiv məsələləri, eyni zamanda universitetlərin təhsil və elm sahəsində qarşılıqlı əlaqələrinin dərinləşməsi istiqamətində müzakirələr aparılıb.
Qeyd edək ki, rektor Abel Məhərrəmov iclas çərçivəsində “Lomonosov” Beynəlxalq Gənclər Forumunun açılışında iştirak edib./qafqazinfo
7news.Az








