Bədənində qan qalmayan qadın dünyasını dəyişəndən yarım saat sonra yenidən həyata qayıtdı.
Avstraliyada bir sakin geniş müzakirə mövzusuna çevrilib. Armadeyl şəhərində yaşayan Karis Strestik necə sağ qaldığını özü də anlaya bilmir.
Mətbəxdə yemək hazırlayarkən əlindəki bıçaqla ehtiyatsız davranan qadın kəsici alətlə ayağını yaralayıb. Güclü qanaxma ilə birgə huşunu itirən qadın çox keçmədən dünyasını dəyişib. Təcili tibbi yardımla xəstəxanaya çatdırılan Karis həkimlərin bütün cəhdlərinə baxmayaraq vəfat edib. Onun öldüyünü xəstəxana rəhbərliyi də rəsmi sənədlə təsdiqləyib. Ancaq 28 dəqiqə sonra qadında həyat əlamətinin müşahidə olunması cərrahları hərəkətə keçirib.
Onun ciddi qan itkisinə baxmayaraq həyatda qalmasını həkimlər də möcüzə kimi qiymətləndirir. Yerli xəstəxanın cərrahı Eş Mukarci iş həyatı boyunca bu cür vəziyyətlə qarşılaşmadığını etiraf edib. Öldüyü halda dirilən Karis isə sağ qaldığına görə Tanrıya şükr edir. Hesab edir ki, bu onun üçün verilmiş ikinci şansdır.
7News.Az








