Kanadalı Metyu Mençik inanılmaz dünya rekorduna imza atıb.
Dünyanın ən dözümlü insanlarından biri olduğunu sübut edən gənc, bir dəfəyə bədəninə 4745 iynə sancmaqla, adını ginesin rekordlar kitabına yazdırıb.
Əslində bu sahədə əvvəlki dünya rekordu da elə Mençikin özünə məxsus idi. Başqa sözlə, onun yeni dünya rekordu vurması özü üçün o qədər də böyük önəm kəsb etmirdi. Ancaq bədəninə minlərlə iynə sancan kanadalının əsl məqsədi, rekord cəhdindən gələn gəlirlərlə ehtiyacı olan insanlara yardım etmək olub. Onun bədəninə minlərlə iynəni isə kanadanın məşhur pirsinq ustası Russ Foks sancıb.
Xeyriyyə məqsədi ilə vurulan dünya rekordunun nə qədərə gəlir gətirdiyi açıqlanmayıb. Rekordun çətinliyinə gəlincə, Metyu bu çılğın hərəkəti başqalarının təkrarlamasını məsləhət görmür. Bunun üçün fiziki baxımdam kifayət qədər güclü olmaq lazımdır. Əks halda bədənə sancılan minlərlə iynə, insanın həyatına son qoya bilər./atv
7news.az








