RU
Bədənsiz gəncin heyrətə salan rəqsi
11:38
842

Bədənsiz gəncin heyrətə salan rəqsi

ABŞ-ın Ohayo ştatında 17 yaşlı bir gənc öz bacarığı ilə hər kəsi təəccübləndirib. Nə qolları, nə də ayaqları olan Qebi Adams rəqs etməklə milyonlarla insanın ürəyini fəth edib.

Braziliyada dünyaya göz açan Qeybi, Henhart sindromundan əziyyət çəkir.  Əlləri, qolları və ayaqları olmayan körpə amerikalı bir ailənin himayəsinə verilib. 12 yaşında  fiziki qüsurlarına baxmayaraq, rəqs etməyi öyrənən amerikalı  bu bacarığı ilə  çox keçmədən  ştat sakinlərinin diqqətini çəkib.

İndi rəqs qruplarından birində çalışan Qeybi, basketbol qarşılaşmalarında tamaşaçılar qarşısına çıxır,  fiziki baxmından qüsursuz olan onlarla gənclə eyni anda rəqs edir. Onun bütün əlverişsiz imkanlara baxmayaraq, böyük coşğu ilə rəqs etməsinə isə amerikalılar biganə qala bilmir.

Qebi deyir ki,  onu himayayə götürən ailə hər zaman onun xəstliyini, qüsurlarını görməzdən gəlib və onunla tam sağlam övlad kimi davranıblar. Bu isə onu həyata daha çox bağlayıb və fiziki qüsurlarına baxmayaraq, sağlam insanlar kimi sərbəst yaşamağa çalışıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ