RU
BƏƏ-də 4 İŞİD üzvü barəsində edam hökmü çıxarılıb
16:42
216

BƏƏ-də 4 İŞİD üzvü barəsində edam hökmü çıxarılıb

Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) terrorçu İŞİD qruplaşmasının üzvü olmaqda ittiham edilən 4 nəfər barəsində edam, 6 nəfər barəsində isə 3-10 il arasında azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Report BƏƏ-nin "WAM" xəbər agentliyinə istinadən xəbər verir ki, bu haqda yüksək Federal Məhkəməsi məlumat yayıb.

Məlumata görə, məhkəmədə terrorçu qruplaşma ilə əlaqəsi olmaqda şübhəli bilinən 11 nəfər mühakimə edilib, onlardan biri haqqında bəraət hökmü çıxarılıb.
Edam olunanlar BƏƏ, o biri 6 məhkum isə Mavritaniya, Bəhreyn, Suriya və Əmirlik vətəndaşlarıdır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ