RU
BƏƏ-də helikopter qəzası: 2 pilot həyatını itirdi
17:30
394

BƏƏ-də helikopter qəzası: 2 pilot həyatını itirdi


Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) özəl təyyarə və helikopter kirayəsi şirkətinə məxsus helikopterin qəzaya uğradığı, hadisə nəticəsində 2 pilotun həyatını itirdiyi açıqlanıb.

7NEWS.az xəbər verir ki, Mülki Aviasiya İdarəsi ölkədəki Um əl-Qayveyn əmirliyi sahilləri yaxınlığında qəzaya uğrayan helikopterlə bağlı açıqlama verib. Açıqlamada qəzaya uğrayan helikopterin AeroGulf şirkətinə aid olduğu və iki pilotun həyatını itirdiyi bildirilib, həlak olan pilotların yaxınlarına başsağlığı verilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ