RU
BƏƏ Türkiyə ilə siyasi və iqtisadi əlaqələri gücləndirmək istəyir
01:00
727

BƏƏ Türkiyə ilə siyasi və iqtisadi əlaqələri gücləndirmək istəyir

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyə ilə siyasi və iqtisadi əlaqələri gücləndirmək istəyir.

Bu barədə Əbu-Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Türkiyə Prezidenti Rəcəb Tayiib Ərdoğanla görüşünündən sonra əmirliyin dövlət xəbər agentliyi ‘WAM’a açıqlamasında deyib.
O qeyd edib ki, sülh və əməkdaşlıq naminə ölkəsi bölgədəki müxtəlif çətinliklərlə ortaq mübarizə üçün Türkiyə ilə əməkdaşlığa önəm verir.

Bundan əlavə, Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın BƏƏ və Türkiyə arasında ticarət həcminin artırılması niyyətində olduqlarını da bildirib./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ