RU
Bəhram Bağırzadə Qurbanova “sataşdı”
21:23
1287

Bəhram Bağırzadə Qurbanova “sataşdı”

Hazırda Bakı Biznes Mərkəzində “Neftçi” ilə “ASAN xidmət” arasında titul sponsorluğu müqaviləsi imzalanır.

Tədbirin aparıcısı Sənan Şəfizadə qonaqları salamladıqdan sonra, aktyor Tahir İmanovu virtual penalti vurmağa dəvət edib.

Ardınca isə kompüter önünə “Neftçi” Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə yaxınlaşıb. Maraqlıdı ki, Bağırzadə virtual penaltini yerinə yetirərkən, bakılıların baş məşqçisi Samir Əliyevə “Samir müəllim, penaltini vurum, vurmayım?” sualını ünvanlayıb. Bu isə qonaqlar arasında onun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova sataşmağı kimi başa düşülüb.

Qeyd edək ki, Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilən “İnter” – “Qarabağ” matçında ağdamlıların lehinə hakim Elvin Əsgərov penalti təyin etsə də, Elvin Məmmədov baş məşqçisinin göstərişi ilə topu çölə vurmuşdu./qafqazinfo

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ