RU
Bəhreyn polisi etiraz edən şiələrə atəş açdı
01:18
331

Bəhreyn polisi etiraz edən şiələrə atəş açdı

Bəhreyndə şiələrin təşkil etdiyi etiraz aksiyası polislə toqquşma ilə nəticələnib.

7news.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə FransPress agentliyi hadisə şahidlərinə istinadən məlumat yayıb.

Qarşıdurma paytaxt Manamanın ətrafında başlayıb. Agentlik bildirir ki, polis gözyaşardıcı qazdan, etirazçılar isə yandırıcı maddələrlə doldurulmuş butulkalardan istifadə edib.

Xatırladaq ki, Bəhreyndəki etirazlar şənbə günü Səudiyyə Ərəbistanında aralarında “Əl-Qaidə”nin Səudiyyə qanadının lideri Faris əz-Zəhrani və şiə din xadimi ən-Nimrin də olduğu 47 nəfərin edam edilməsindən sonra başlayıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ