RU
Bekhemin klubu Ronalduya illik 34 milyon avro maaş təklif edib
15:30
70

Bekhemin klubu Ronalduya illik 34 milyon avro maaş təklif edib

ABŞ-ın "İnter Mayami" klubu İngiltərənin "Mançester Yunayted" komandasında çıxış edən portuqaliyalı futbolçu Kriştianu Ronalduya illik 34 milyon avro məvacib təklif edib.

Artıq tərəflər mümkün transferi müzakirə ediblər. Razılıq əldə olunsa, 37 yaşlı hücumçu gələn ilin yanvarında "İnter Mayami"yə keçəcək.

Təcrübəli forvard İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Devid Bekhemə məxsus kluba hələlik yekun qərarını bildirməyib.

Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 9 oyuna çıxıb və 1 qol vurub./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ