Belarus ordusu Rusiya bölmələri ilə birlikdə nüvə silahlarının çatdırılması və istifadəyə hazırlanması üzrə təlim keçirir.
Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimdə Belarusun Raket Qüvvələri və hərbi aviasiyası iştirak edir.
Qeyd olunub ki, nüvə təlimi planlı olub və üçüncü ölkələrə qarşı yönəlməyib.








