RU
Belarusda Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib
13:15
331

Belarusda Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib

İlham Əliyev sarayın Qış bağının girişində Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən qarşılanıb.

Belarusda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib.

Bu barədə Belarusun rəsmi BELTA agentliyi məlumat yayıb.

Mərasimin keçirildiyi Müstəqillik Sarayının qarşısında Azərbaycan və Belarusun bayraqları qaldırılıb. Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İlham Əliyev sarayın Qış bağının girişində Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən qarşılanıb.
Əvvəlcə Azərbaycanın, sonra Belarusun dövlət himnləri səsləndirilib.
Qeyd edək ki, prezidentlərin ikitərəfli və geniş formatda keçirəcəkləri görüşlərin yekunu olaraq Birgə Bəyannamə imzalanacaq.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ