Belarusun paytaxtı Minsk şəhərində partlayış olub.
7News.Az xəbər verir ki, bu barədə Belarus İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, yaşayış binasındakı partlayış qaz sızmasına görə baş verib.
Hadisə nəticəsində 6 nəfər ölüb.
Binanın sakinləri isə təxliyə edilib.








