Belarusun müdafiə naziri Viktor Xrenin İranda rəsmi səfərdədir.
7News.Az "Sputnik-Belarus”a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfər zamanı İranın hərbi-siyasi rəhbərliyi ilə danışıqların aparılması planlaşdırılır. Danışıqlar zamanı tərəflər iki ölkə arasında hərbi əməkdaşlığın aktual məsələlərini müzakirə edəcəklər.








