Belçika məhkəməsi Kataloniya muxtariyyətinin sabiq rəhbəri Karles Puçdemon və onun dörd silahdaşını onların İspaniya hökumətinə təhvil verilməsi ilə bağlı qərar qəbul olunanadək zaminə buraxıb.
7news.Az Report-a istinadla xəbər verir ki, bu barədə Kataloniya Milli Assambleyasının rəhbər müavini Aqusti Alkoberro öz "Twitter" səhifəsində yazıb.
"Kataloniyanın sabiq rəhbəri və onun silahdaşları azadlığa buraxılıb", — deyə o yazıb.
7news.Az








