Belçika paytaxt Brüsseldə və fransızdilli bölgələrdə ibtidai və orta məktəblərdə şagirdlərin smartfonlardan istifadəsini qadağan edib.
7NEWS.az xəbər verir ki, Valloniya-Brüssel Təhsil Şəbəkəsinin (WBE) qəbul etdiyi qərara əsasən, 26 avqustda başlayacaq 2024-2025-ci tədris ilindən etibarən fransız dilini tədris edən 373 məktəbdə ibtidai və orta məktəb şagirdlərinin özləri ilə smartfon gətirmələri qadağan ediləcək. Qadağa 132 min 600 tələbəni əhatə edəcək.
7NEWS.az








