RU
Belçikada fermada yüksək patogenli quş qripi aşkarlanıb
17:00
53

Belçikada fermada yüksək patogenli quş qripi aşkarlanıb

Belçikanın şimal-qərbində, Fransa ilə sərhəddə yerləşən quşçuluq fermasında yüksək patogen quş qripi (H5N1) xəstəliyi qeydə alınıb.

Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı məlumat yayıb.

Məlumata görə, xəstəliyin yayılması 95 baş heyvanın, 20,1 min ev quşunun tələf olmasına səbəb olub.

Qeyd edilib ki, xəstəlik son vaxtlar Belçikanın bütün qonşu ölkələrinə, o cümlədən Fransa, Niderland və Almaniyaya yayılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ