Belçikada azyaşlı qızını qətlə yetirməkdə şübhəli bilinən 27 yaşlı qadın saxlanılıb.
Qızın kömürə dönmüş qalıqları qril aparatının içindən tapılıb.
Qadının qonşuları bu barədə polisə xəbər verib. Onlar əvvəlcə uşağın qışqırıq səsini eşidiblər, ardınca isə qarajdan tüstü çıxdığını görüblər.
Hadisə yerinə gələn polis əməkdaşları qril aparatının yanında Afrika mənşəli qadın və yanaraq, külə dönmüş uşaq meyiti aşkar ediblər.
Qadın dindirilmə zamanı bunları deyib: "Cənnətə düşmək üçün ikimiz bir yerdə yanmalı idik”.
Sonradan müəyyən edilib ki, şübhəli şəxs qətli törədərkən depressiyada olub. Polis qadının ruhi xəstə olduğunu istisna etmir./oxu
7news.Az








