7NEWS.az xəbər verir ki, AA müxbirinin dəmiryol mənbələrindən aldığı məlumata görə, səhər saatlarında Fransanın Lill şəhərindən Brüsselə gedən TGV sürətli qatarı Belçikanın Tournai şəhəri yaxınlığında həmsəviyə keçidində dayanan traktorun qoşqusuna çırpılıb. Yol işləri ilə əlaqədar qatar 1-ci xətt əvəzinə 94-cü xətt üzrə daha yavaş hərəkət edərək traktorun uzun məsafəyə dartılmasına səbəb olub. Traktor sürücüsünün atlayaraq xilas olduğu qəzada qatarda olan 2 sərnişin yaralanıb.
7NEWS.az








