RU
Belçikadan Ərdoğana cavab gəlib
12:07
1142

Belçikadan Ərdoğana cavab gəlib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Brüsseldə partlayış törədən terrorçunun ölkəsindən deportasiya edilməsi ilə bağlı çıxışına Belçikadan cavab gəlib.

7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, Belçikanın Ədalət naziri Koen Geens İbrahim Əl Bakraouinin Türkiyədə saxlanıldığını təsdiqləyib. Onun sözlərinə görə, saxlanılan kamikadze Belçikaya yox, Hollandiyaya göndərilib. “O terrorla bağlı olmayan bir cinayətdən həbs edilmişdi, şərti olaraq həbsdən azad edilib. O vaxtlar terrorla əlaqəsinin olduğu bilinmirdi”-deyə ədalət naziri sözlərinə əlavə edib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ