Belçikalı fermerlər traktorlarla yolları bağlayaraq Aİ sammitinə etiraz ediblər
Belçikada fermerlər xərclərin artmasından, Aİ-nin ekoloji siyasətindən, ucuz idxal məhsulların ölkəyə daxil olmasından və kifayət qədər stimul almamasından şikayətlənirlər.
7NEWS.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə hökumətin kənd təsərrüfatı siyasətlərinə etiraz edən fermerlər Avropa İttifaqı Liderlər Zirvəsi öncəsi Aİ qurumlarının yerləşdiyi şəhərin mərkəzində yolları bağlayıb və traktorları ilə nəqliyyatı iflic ediblər.
7NEWS.az