Çovğun maşını aparıb; qadın sürücü maşından çıxaraq yola düşüb.
Havaların kəskin soyuması təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə müşahidə olunur.
Təqdim etdiyimiz video ölkəmizə aid olmasa da, son günlər az qala buna bənzər hava şəraiti ilə üzləşirik. Videonu təqdim etməkdə məqsəd odur ki, yüngül çəkili avtomobil sürücülərini xəbərdar edək. Çünki küləyin sürəti yüksək olduğu halda kiçik minik avtomobillərini idarə etmək təhlükəlidir. Bu cür nəqliyyat vasitələri ilə avtomagistralda hərəkət isə daha böyük təhlükə yarada bilər. Çünki sürət artdıqca külək yüngül maşınları daha tez yoldan çıxara bilir. Odur ki, hava şəraitini nəzərə almağınız məsləhətdir./avtosfer
7news.az








