RU
`Belə insanla Qarabağ problemini necə həll etmək olar?!`
12:57
1416

`Belə insanla Qarabağ problemini necə həll etmək olar?!`

“Son dövrlər münaqişənin tənzimlənməsinə münasibətdə Rusiyanın mövqeyində obyektiv yumşalma görürük”.

 

Bunu Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Onun sözlərinə görə, indi Ermənistanda Rusiyaya qarşı çıxışlar etməyə başlayırlar: 

“İrəvanda İkinci Dünya müharibəsində faşist rejiminə xidmət etmiş şəxsin heykəlini qoyublar. Bu gün Rusiya prezidentinin vasitəçiliyi ilə Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü var. Ümid edirik ki, bu görüşdə irəliləyiş olacaq, proqnozlar da bunu göstərir. İnanırıq ki, Rusiya prezidenti obyektiv mövqe ortaya qoyacaq. Bu, gec-tez olmalı idi, daim belə qala bilməzdi, haqq-ədalət öz yerini tutur. Biz münaqişənin obyektiv həllini gözləyirik”.

O, qeyd edib ki, ATƏT-in Minsk qrupu yarandığı dövrdən heç bir irəliləyiş əldə olunmayıb: “Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan öz gücü ilə torpaqlarını işğaldan azad etməyə hazırdır, ancaq biz münaqişənin sülh yolu ilə həllini istəyirik. 

Lakin Ermənistan rejimi buna məhəl qoymur, çünki onlar Dağlıq Qarabağ münaqişəsi üzərindən hakimiyyətə gəliblər və ona görə də konstruktiv mövqe ortaya qoymurlar. Lakin aprel ayında Ermənistan tərəfinin təxribatının qarşısı alınarkən Azərbaycan Ordusu göstərdi ki, Prezidentin dediyi kimi, Azərbaycan öz torpaqlarını azad etmək iqtidarındadır.

Azərbaycan prezidenti erməni anlarının da gözüyaşlı qalmasını istəmədiyini bildirib, biz sülh tərəfdarıyıq. Ancaq Ermənistan prezidenti Serj Sarkisyan biri neçə il əvvəl erməni gəncləri ilə görüşdə dedi ki, Dağlıq Qarabağı aldıq, siz gənclər də Ağrı dağını alarsınız. Belə insanla necə Qarabağ problemini həll etmək olar?! Təsəvvür edirsiniz ki, bizim prezidentin Serj Sarkisyanla oturması necə çətindir”.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ