RU
Bələdiyə işçisi başına tapança dirədiyi FOTOsunu paylaşdı: dəqiqələr sonra ölü tapıldı - VİDEO
17:10
651

Bələdiyə işçisi başına tapança dirədiyi FOTOsunu paylaşdı: dəqiqələr sonra ölü tapıldı - VİDEO

Türkiyədə dəhşətli intihar hadisəsi qeydə alınıb.

Antalyanın Alanya qəsəbəsində 43 yaşlı Hakan Şahin iş yoldaşlarının yer aldığı Whatsapp qrupunda başına tapança dayadığı fotosunu paylaşıb. Hakan Şahin şəklin altına "Yolun sonuna gəldik. Bunun səbəkarı S.Y., S.A. ve A.Y. Bu yerdə arxası olan istifadə etdi. İstifadə etsin görək. Ümid edirəm aidiyyəti şəxslər eşidər. Son olaraq heç kim dəfnimə gəlməsin. Allah səni bildiyi kimi etsin S. xanım" yazdıqdan sonra avtomobilində ölü tapılıb.

Paylaşımı görən iş yoldaşlarının xəbərdarlığı sonrası əraziyə polis əməkdaşları gəlib. Polis parklanmış avtomobilin sükanı arxasında Hakan Şahini başından güllə ilə vurulmuş vəziyyətdə tapıb. İntihar zamanı istifadə edilən tapança da cəsədin yanında olub.

Şahinin cəsədi ekspertizaya göndərilib./milli

 
 

7news.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bələdiyə işçisi başına tapança söykədiyi FOTOsunu paylaşdı: dəqiqələr sonra ölü tapıldı

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ