Türkiyənin Mardin əyalətindəki bələdiyyə binasında partlayış baş verib.
7News.az "CNN TÜRK"ə istinadən xəbər verir ki, partlayış zamanı ilk məlumatlara görə, 5 nəfər yaralanıb. Onların arasında bələdiyyə sədri Məhəmməd Fateh də var. Onun vəziyyətinin normal olduğu deyilir.
Bəzi mənbələr yazır ki, partlayışdan əvvəl binaya mərmi atılıb. Şahidlərin sözlərinə partlayışdan sonra ərazidə atışma səsləri eşidilib.
Hadisə barədə rəsmi açıqlama verilməyib.
7News.az







