Bələdiyyə seçkilərində dövlət qeydiyyatından keçmiş 23 Partiyanın iştirakı ondan xəbər verir ki, məlum seçki siyasi qüvvələrin də tam diqqət mərkəzində olub və prosesdə müxtəlif siyasi təşkilatlar aktivlik nümayiş etdirib. Eyni zamanda qeyd etmək yerinə düşər ki, seçkidə iştirak edən şəxslərə (namizədlərə) bütün mərhələlərdə bərabər şərait yaradılıb.
Bələdiyyə seçkilərində Azərbaycan Demokratik Maarifçilik Partiyası namizədlərlə bərabər həm də öz müşahidəçiləri ilə iştirak edib, onların sayı 559-dur və müşahidəçilərin qənaətindən, gəldiyi nəticələrdən çıxış edərək deyə bilərik ki, seçki məntəqələrində hər kəsin gizli səsverməsi təmin olunub və nəticə etibarilə təhlükəsiz, demokratik, azad rəqabət mühitində keçirilmiş seçki baş tutub.
ADMP olaraq seçkidə qalib gəlmiş bütün namizədləri ürəkdən təbrik edir, onlara öz şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq.
Azərbaycan Demokratik Maarifçilik Partiyası








