İstanbulda bələdiyyə sədrinin müavini başından güllələnib.
7news.Az xəbər verir ki, Şişli Bələdiyyə sədrinin müavini Cəmil Candaş odlu silahdan açılan atəş nəticəsində yara alıb. Vəziyyəti ağır qiymətləndirilir.
Hadisə bələdiyyə binasında baş verib. İki nəfər silahlı sədr müavini ilə mübahisə edib və atışma olub. Artıq hər iki şəxs tutulub.
7news.Az








