Dünyaca məşhur aktrisa Bella Torn və repçi sevgilisi Tana Monqo ayrılıb.
7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, xəbərlər Bellanın Los-Ancelesdə keçirilən "City Gala Oscars" tədbirinə tək qatılmasından sonra yayılıb.
Aktrisa mediada dərc edilən məqalələrdən sonra instaqramda açıqlama yayıb: "Tana və mən ayrılmışıq. Xahiş edirəm, artıq sual verməyin. Sizi sevirəm".
Bellanın ardınca Tana da sosial şəbəkədəki hesabında post paylaşaraq "Onu sonsuzadək sevəcəm. Həyatımı dəyişdirdi. Artıq söz yazmaq istəmirəm, kədərliyəm" - şərhini yazıb.
7News.Az











