RU
Belqorodda axtarış işləri başa çatıb, 15 nəfərin cəsədi tapılıb - YENİLƏNİB
10:50
21

Belqorodda axtarış işləri başa çatıb, 15 nəfərin cəsədi tapılıb - YENİLƏNİB

Rusiyanın Belqorod şəhərində qismən dağılmış hündürmərtəbəli binanın dağıntılarının təmizlənməsi işləri yekunlaşıb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Belqorod şəhərində axtarış-xilasetmə əməliyyatları və dağıntıların təmizlənməsi başa çatıb. 17 nəfəri xilas etmək mümkün olub. Təəssüf ki, dağıntılar altından 15 nəfərin cəsədi çıxarılıb”, - nazirlikdən bildirilib.

2024-05-12 23:55
Ukrayna Ordusu Rusiyanın Belqorod şəhərini raketlərlə atəşə tutub.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, mərmilərdən biri Şors küçəsində on mərtəbəli yaşayış binasına ciddi ziyan vurub və binanın girişi tamamilə dağılıb.

Xilasedicilər dağıntıların altından 12 nəfərin meyitini çıxarıb. Qeyd olunub ki, 31 nəfər müxtəlif xəsarətlər alıb.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ