RU
Ben Ladenin oğlunu Misirə buraxmadılar
21:15
394

Ben Ladenin oğlunu Misirə buraxmadılar

Misir hökuməti Ben Ladenin oğlunu ölkəyə buraxmayıb

"Əl-Qaidə" terror qruplaşmasının eks-lideri Usamə ben Ladenin oğlunun Misirə girişinə icazə verilməyib.

Ömər ben Laden Qətərdən Qahirəyə uçsa da, pasport nəzarət məntəqəsində ona Misir sərhədlərini keçməyə icazə verilməyib. Eyni zamanda Ömərə Misir ərazisində yaşamaq da qadağan edilib.

Verilən xəbərə görə, Ömər ben Laden Misir hökuməti tərəfindən qara siyahıya salınıb. Bu siyahıya adı salınan şəxslərə Misirə səfər etmək qadağan edilib. Deyilənlərə görə, Ömər Misirdən Türkiyəyə keçməyi planlaşdırırmış.

Qeyd edək ki, bir müddət əvvəl Ömər ben Laden atasının qisasının ABŞ-dan alacağını bildirmişdi./olke.az

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ