Braziliyada bəndin uçması nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.
7News.Az xəbər verir ki, bu barədə ölkənin Minas-Jerays ştatının Mülki Müdafiə Qüvvələrinin nümayəndəsi bildirib.
Əvvəlki məlumatda 50 nəfərin həlak olduğu, 287 nəfərin itkin düşdüyü bildirilirdi.
Qeyd edək ki, Braziliyanın cənub-şərqində yerləşən Minas-Jerays ştatında metallurgiya sənayesi tullantılarının olduğu suyu saxlayan bənd cümə günü uçub (Azərtac).
7News.Az








