Portuqaliya kubokunda 2015/2016 mövsümününün qalibi müəyyənləşib.
7News.az-ın məumatına görə, finalda "Benfika" və "Maritimu" komandaları qarşılaşıb.
Sözügedən matçda 6:2 hesabı ilə qalib gələn Lissabon təmsilçisi tarixində 7-ci dəfə bu kuboku qazanaraq rekorda imza atıb.
Qeyd edək ki, "Benfika" bundan əvvəl 2009, 2010, 2011, 2012, 2014, 2015-ci illərdə Portuqaliya kubokunun qalibi olub.








