Neftin dünya bazarında qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, ölkəmizdə hələ də qiymətlər sabit olaraq qalır.
Belə bir sual formalaşır. Bəs bizim ölkədə benzin nə vaxt ucuzlaşacaq?
“Eknometrik modellər də təsdiq edir ki, ölkəmizdə benizinin 30% ucuzlaşması orta və uzun müddətli dövrdə büdcə gəlirlərinin azalmasına səbəb olmayacaq və real sektoru canlandıracaq”.
Bunu açıqlamasında iqtisadçı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, iqtisadi baxımdan benzinin qiymətinin aşağı endirilməsi vacibdir:
“Devalvasiyadan sonra da Azərbaycan MDB-nin enerji istehsal edən dövlətləri arasında ən yüksək qiymətə benzin təklif edən ölkədir. Belə ki, əgər bizdə daxili istehsal olunan benzinin qiyməti 46 ABŞ sentidirsə, bu, Türkmənistanda 28, Qazaxıstanda 38, Rusiyada 42 sentdir. Orta aylıq əmək haqqının dollar ifadəsində bizə nisbətən Rusiyada 30, Qazaxıstanda 26% çox olmasına baxmayaraq, həmin ölkələrdə benzinin qiyməti daha ucuzdur. Halbuki, bizim qiymətləndirmələr göstərir ki, hər litrinin cəmi 20 qəpik azaldılması həm iqtisadiyyata xüsusən də aqrar sektora, həm də vətəndaşların sosial vəziyyətinə müsbət təsir göstərəcək”. /atv.az
7News.Az








