RU
Bərdə icra başçısının daha bir biyabırçılığı ifşa olundu
12:57
10961

Bərdə icra başçısının daha bir biyabırçılığı ifşa olundu

Zaman-zaman bölgələrimizdən 7News.az redaksiyasına müxtəlif məzmunlu şikayət müraciətləri daxil olmaqdadır. Müraciətlərin konkret faktlara əsaslandığını əsas prinsip hesab edərək biz də öz üzərimizə düşən vəzifəni icra etməyə çalışırıq. Əslində bu Cənab Prezident İlham Əliyevin medianın üzərinə qoyduğu İctimai Nəzarət məsuliyyətindən qaynaqlanır. Bərdə rayonunda baş verən hadisələrlə bağlı daxil olan müraciəti redaksiyamız dərc etmək qərarını verdi. Müraciəti olduğu kimi təqdim edirik:

 

 

Azərbaycan Respublikasının Prezidenti  möhtərəm                                                              

İlham Əliyev cənablarına.

Tərtər rayonunda fəaliyyət göstərən “Səbuhi

kəndli təsərüfatı” MMC-in təsisçisi və mülkiyyətçisi        

Kərimov Əkbər Əli oğlu tərəfindən

 

 

Ərizə

 

Çox hörmətli cənab Prezident!

Tərtər rayonunun payına düşən Şıxarx kəndində 2002 ci ildə rayon icra hakimiyyətinin qərari ilə 15 ilmüddətinə dəmyə şəraitində olan torpaq sahəsi icarəyə götürdüm və İH ilə müqavilə bağladım. Tərtər rayonuna təyin edilmiş İH-nin başçısı (2006) Vidadi İsayev məcburi köçkünlərə, sahibkarlara şərait yaratmaq əvəzinə məndən torpaq istifadə etməməyi tələb etdi. V.İsayevin belə göstəriş verməsini AR 2 saylı yerli İqtisad Məhkəməsinin iclasında İH-nin nümayəndələri etiraf etdilər. İcarəyə götürdüyüm torpaq sahəsini əlimdən alıb qohum əqrabasına vermək məqsədi ilə V.İsayev AR 2 saylı yerli İqtisad Məhkəməsinə göndərdi. Məhkəmə V.İsayevin iddia tələbini rədd etdi və bizim xeyrimizə qərar çıxdı. Ambisiyasından əl çəkməyən icra başçısı Respublika 2 saylı yerli İqtisad Məhkəməsinin Qətnaməsindən Respublika İqtisad Məhkəməsinə Apellyasiya şikayəti verdi.

Respublika İqtisad Məhkəməsinin Kollegiyası 07.02.2007 ci ildə 2 saylı yerli İqtisad Məhkəməsinin Qətnaməsini dəyişdirilmədən saxlamaqla ədalətli Qətnamə qəbul etdi.Bundan sonra V.İsayev Ali məhkəməyə Kassaiya şikayəti verdi. V.İsayev istəyinə  qəyyumlarının, havadalarının Respublika Ali məhkəməsinəetdikləri təsir nəticəsində 13.04.2007ci ildə nail oldu. Ali məhkəmənin heç bir əsas olmadan heç bir məntiqə sığmayan çox ədalətsiz bir Qətnamə çıxatdı.

Turtduğu vəzifəsinə görə rayonda sabitlik yaratmaq, narazılıq törənməsinə yol verməmək əvəzinə əks mövqe tutan V.İsayev belə hərəkətlərini anlaya bilmirik. Bu bir daha sübut edir ki, onun vəzifə borcu ilə əməlləri təsad təşkil edir və o yalnız özünü düşünür.

Mətbuatdan əldə etdiyimiz məlumatlara əsasən görünür ki, bəzi vəzifəli şəxslər MTN-in sabiq naziri və Beynəlxalq bankın sədrinin törətdikləri qanunsuz hərəkətlər icra hakimiyyətində və Ali Məhkəmədə də var. Sizin Ali Məhkəmənin yeni binasının təməl qoyma mərasimində söylədiyiniz    “….. günahsız insanlar ədalətsiz qərarların qurbanı olmamalıdır” tövsiyyəni və  Qanunların aliliyini əldə rəhbər tutaraq sizdən artıq dərəcədə xaiş edirəm ki, Respublika Ali Məhkəməsinin İqtisadi Mübahisələrə Dair İşlər üzrə Məhkəmə Kollegiyasının işin mahiyyətinə görə deil, kiminsə ya göstərişinə, ya sifarişinə, ya da xahişinə görə çıxardığı ədalətsiz qərarın ləğv edilərək yenidən baxılmasına və beləliklə də memarı Ulu Öndərimiz Heydər Əliyev olan Konstitusiyamızla təsbit olunmuş mənim sahibkarlıq hüququmun və MMC-in üzvü olan məcburi köçkünlərin vətəndaşlıq hüquqlarının bərpa olunmasına əməli köməklik göstərəsiniz. Fermer təsərüfatının bütün sənədlərini və məhkəmə qərarlarını təqdim etməyə hazırıq.

 

Dərin inam və hörmətlə,                                      

MMC-nin rəhbəri Əkbər Kərimov

MMC-nin direktor müavini Azər Kərimov.

Telefon : +994705377032

Ünvan: Tərtər şəhəri, Nəsimi küç. 4 saylı ev

 

7News.az 

 

                                                                                                                   

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ