RU
Bərdə sakini qaçırdığı avtomobillə qəza törədib
22:51
374

Bərdə sakini qaçırdığı avtomobillə qəza törədib

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bərdə rayon sakini, 21 yaşlı Nicat Xaliq oğlu Məmmədli rayon mərkəzi bazarının qarşısında dayanmış avtomobili qaçırıb.

Fiziki qüsurlu olduğu deyilən N.Məmmədli idarə etdiyi avtomobili dəmir hasara çırpıb. Onun ağır xəsarət alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildiyi, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ