Bərdə rayonunda intihar hadisəsi baş verib.
7news.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Mehtili kəndində qeydə alınıb.
Belə ki, Bərdə rayon sakini, 1994-cü il təvəllüdlü Bahar Həsən qızı İbrahim yaşadığı evin yataq otağında özünü asaraq intihar edib. İntiharın baş vermə səbəbləri bilinmir.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
7news.Az








