RU
Bərdədə bir ailənin 5 üzvü pomidor turşusundan zəhərləndi - Vəziyyətləri ağırdır - FOTOLAR
14:35
436

Bərdədə bir ailənin 5 üzvü pomidor turşusundan zəhərləndi - Vəziyyətləri ağırdır - FOTOLAR

Bərdə rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Rayonun Xanərəb kəndində yaşayan Məmmədovlar ailəsinin ikisi az yaşlı uşaq olmaqla 5 nəfər üzvü pomidor turşusundan zəhərlənib. Zəhərlənən ailə üzvləri - 45 yaşlı Könül Məmmədova, 22 yaşlı Pərviz Məmmədov, 25 yaşlı Cəmalə Məmmədova, övladları 5 yaşlı Cahid Məmmədov və 8 aylıq Cihan Məmmədov Bərdə  Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaxınlarının sözlərinə görə, ailə üzvləri axşam yeməyində özləri bağladıqları pomidor turşusundan istifadə ediblər. Səhəri gün isə vəziyyətləri pisləşdiyindən xəstəxanaya yerləşdiriliblər. Bərdə Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, Könül Məmmədova, Pərviz Məmmədov və Cahid Məmmədovun vəziyyətləri daha ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Digər şəxslərin durumu isə kafi qiymətləndirilir.//atv.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ